İXLAS SURƏSİNİN TƏFSİRİ

0

İlahi kitabımız Qurani-Kərimdə yer alan hər surə və ayə Allah Təalanın insanlara təbliğ etidiyi ilahi mesajı əks etdirir. Buna görə hər surənin özünəməxsus dəyəri vardır. Belə ki, bəzi surələrdə tövhid inancının incəliklərindən, bəzi surələrdə halallar və haramlardan, bəzi surələrdə isə qiyamətdən və s. bəhs edilir. Qurani-Kərimin fərqli mövzuları hər kəsin bşaa düşəcəyi üslubda nəql etməsi ilahi kitabın nə qədər əhatəli və möcüzəvi olduğunu bir daha təsdiq edir.

Yuxarıda da bəhs etdiyimiz kimi Qurani-Kərimdə tövhid inancından bəhs edən surələr və ayələr vardır. Belə ki, tövhid inancından bəhs edən surələrin başında Qurani-Kərimin 112-ci surəsi olan İxlas surəsi gəlir. İxlas surəsi dörd ayədən ibarətdir. Həcmcə qısa, bəhs etdiyi mözular baxımından geniş və əhatəlidir.

Təfsirlərdə surə ilə bağlı ən çox üzərində durulan nüanslardan biri “əhəd” (İxlas, 112/1) və “səməd” (İxlas, 112/2) sözlərinin mənaları ilə bağlıdır. Surənin birinci ayəsində yer alan “əhəd” sözü Allaha nisbət edir və Onun (Allahın) təkliyini və birliyini ifadə edir. Buna görə müfəssirlər “əhəd” sözünün sadəcə Allaha aid bir sifət olduğunu bildirirlər (Işık, 2000: 21/537).

İkinci ayədə yer alan “səməd” kəlməsinin lüğət mənası “yaradılış baxımından kimsəyə möhtac olmayan, lakin hər şeyin ona möhtac olduğu vacibul-vücud”dur. Ehtiva etdiyi mənası görə “səməd” kəlməsi birinci ayədə keçən “əhəd” kəlməsinin təfsir edir. Sonra gələn ayə isə (üçüncü) “səməd” kəlməsini izah edərək surənin ifadə etdiyi mənanı tamamlayır. “Heç bir şey onun tayı və bərabəri deyildir” (İxlas, 112/4) məallı son ayə isə əvvəlki üç ayənin mənasını özündə cəmləyərək surənin vermək istədiyi mesajı hər kəsə bəyan edir.

Qurani-Kərimin İslam dinin əsas kitabı olduğunu qəbul edərək, hər bir surə və ayənin Allahı və onun əmrlərini doğru şəkildə insanlara çatdırmağı hədəflədiyini nəzərə aldıqda, İxlas surəsinin digər surlərlər qarşılıqlı əlaqədə olduğunu görərik.

Surənin fəziləti haqqında da qısaca bəhs etmək doğru olar. Belə ki, surənin fəzilətindən bəhs edən bir-birindən fərqli hədislər vardır. Bunlardan ilki ixlas surəsinin Qurani-Kərimə bərabər olduğunu bildirən hədisdir. Hər nə qədər bu hədis böyük müfəssir Zəməxşəri tərəfindən nəql edilsə də (əl-Kəşşaf, 4/299) zəyif hədis olaraq dəyərləndirilmişdir. Bundan başqa İxlas surəsinin Qurani-Kərimin üçdə birinə bərabər olduğunu nəql edən rəvayət isə səhih hədis kitablarında yer alır. Bu hədisi şərh edən alimlərin bir qismi İxlas surəsinin məna cəhətdən, bəziləri isə savab baxımından Qurani-Kəriminin üçdə birinə bərabər olduğunu bildirmişdir.

İxlas surəsi hər nə qədər qısa olsa da, müfəssirlər tərəfindən uzun-uzadı təfsir edilmişdir. Bu da surənin hər cəhətdən geniş və təfsilatlı olduğunu göstərir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ CÜMƏ NAMAZINI ŞUŞADA QILACAQ

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı bu gün cümə namazını Şuşa məscidində qılacaq. İslamveirfan.com xəbər verir ki, bu...

Bağla