İXLAS VƏ SƏMİMİYYƏT NƏDİR?

0

İxlas sözü “xalis, saf” deməkdir. Quranda bəhs edilən ixlas məfhumu insanın Allaha səmimi iman gətirməsi, Ona qəlbən bağlanması mənalarını verir. İxlaslı mömin bütün həyatını Allahın rizasını qazanmağa həsr edir və hər davranışının qarşılığını da yalnız Allahdan gözləyir. Etdiyi işləri insanların düşüncələrinə əsasən yönləndirmək, insanların təqdirini qazanmağa çalışmaq kimi səmimiyyətsizliyi olmur. Buna görə də hər hərəkəti səmimi, saf niyyətlə və Allahın razı qalacağı davranışlar olur.  

Səmimiyyət Allaha dərin, qəlbən bağlılıqdır. Səmimi insanın Allah qorxusu və sevgisi çox güclü olur, haqqı və doğrunu aydın şəkildə görür və müdafiə edir. Bu dərin Allah eşqi və qorxusu  səbəbindən doğrunu yanlışdan asanlıqla ayırd edən, Quran əxlaqına uyğun yaşayan, Allaha yaxınlığı və sevgisi güclü olan, dinin bütün hökmlərini ən doğru şəkildə tətbiq edən insana çevrilir. Səmimi insan əvvəlcə Allaha, sonra da insanlara qarşı dürüst olur. Çünki Allahın hər an hər şeyi görüb, eşitdiyini, Onun qarşısında bütün etdiklərindən hesaba çəkiləcəyini, bütün düşüncələrindən, danışıqlarından, davranışlarından məsul olduğunu bilir. Bu səbəbdən möminin yaşadığı dürüstlük və səmimiyyət onun imanının əsas göstəricilərindəndir. Səmimiyyətlə Allaha yönələn insanlar Quranda təriflənmiş və bu insanların dünyada və axirətdə xeyirlə qarşılaşacağı bildirilmişdir.

Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Biz onları (axirətdəki əsl) yurdu düşünüp anan ixlas sahibləri etdik. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş, ən yaxşı kimsələrdəndirlər. (Sad surəsi, 45-47)  

…Allaha üz tutanlara isə müjdə vardır. Qullarımı müjdələ! O kəslər ki, sözü dinləyib, onun ən gözəlinə tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. (Zümər surəsi, 17-18)

  Mənbə: ensonxeber.az

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏLİNƏ, DİLİNƏ, BELİNƏ SAHİB OL!

İnsan oğlunun özü ilə yanaşı, ətrafındakı insanlara qarşı da məsuliyyətləri vardır. Bu məsuliyyətlər altında dünya və axirətdə xoşbəxt olmağın yolu...

Bağla