İYULUN 30-DA MƏHƏRRƏM AYI BAŞLAYACAQ

0

Azərbaycanda iyulun 30-da Məhərrəm ayı başlayacaq. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, 30 iyul Məhərrəm ayının birinci günüdür:

“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANLI ZƏVVARLARIN HƏCC ZİYARƏTİ İLƏ BAĞLI DİNİ AYİNLƏRİ BAŞA ÇATIB

“Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı dini ayinləri bitib”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc...

Bağla