Türkiyənin İzmir şəhərində baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 109 oldu. Bu barədə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
09.15
Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində Yerli vaxtla saat 14.51-də baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı çoxalıb.
İslamveirfan.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, bu gün səhərə olan məlumata görə zəlzələdə ölənlərin sayı artaraq 102, yaralıların sayı 994 olub. Həmçinin yaralananlardan 847 nəfəri ambulator müalicə üçün evə buraxılıb, 147 yaralının müalicəsi isə xəstəxanada davam edir.
Səhiyyə naziri Fahrettin Koca, müalicəsi davam edənlərdən 5 nəfərin vəziyyətinin ağır olduğunu deyib.
Zəlzələnin baş verməsindən indiyə qədər bölgədə 1401 avtoşok baş verib, onlardan 44-nün şiddəti 4 baldan yuxarı olub.
Hazırda uçan 17 binadan 12-də axtarış-xilasetmə işləri yekunlaşıb, 5 binanın dağıntılarında isə axtarış davam edir.