İZNSİZ KƏBƏYƏ GİRƏNLƏR CƏRİMƏ OLUNACAQLAR

0

Həcc mövsümündə, başda Kəbəi-Şərif olmaqla Məkkədəki müqəddəs məkanlara iznsiz girən zəvvarlar yüksək mbləğdə cərimə olunacaqlar.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Həcc mövsümü vaxtı Məkkədəki müqəddəs məkanlara iznsiz girərək qaydaları pozan zəvvarlar 10 min səud riyalı (2 min 666 dollar) məbləğində cərimə olunacaqlar. Məlumatda, qayda pozuntuzu təkrarlanacağı təqdirdə cərimənin məbləğinin iki qat olacağı vurğulanıb.

Bu qərarın, kovid-19 pandemiyasının qarşısını almaq üçün qəbul edildiyi bildirilib. Həmçinin Krallıq bu il pandemiya səbəbindən zəvvar sayını azaltmağı qərara alıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə təxminən 2.5 milyon zəvvar Həcc vəzifəsini ifa edərək hacı olmuşdu. Bu il isə 10 min nəfər yerli müsəlmana Həcc ibadəti üçün izn veriləcək. Onlardan 70%-ni Krallıqda yaşayan əcnəbilər, 30%-ni isə ölkənin öz vətəndaşları təşkil edəcək.

Bundan əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri bu il Həcc ziyarətinin olacağını, qlobal pandemiya səbəbindən sadəcə yerli zəvvarlara ziyarət üçün izn veriləcəyini açıqlamışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UĞURUN 3N FORMULU

Əgər siz bir işə başlayıb yarımçıq qoyursuzsa, gördüyünüz bir işi bu iş mənlik deyib geri çəkilirsinizsə və özünüzü bir yerə...

Bağla