Müqəddəs ramazan ayının yaxınlaşması ilə Kəbəi-Şərif örtüyünün mövsümlük baxım işləri də başladılıb.
Bu barədə Səudiyyə Ərəbistanı krallığı “Harameyn” işləri üzrə dövlət komitəsi məlumat yayıb. məlumatda bildirilir ki, bu iş üçün 14 texniki heyət cəlb olunub. Bu heyətə keyfiyyətə nəzarət, səhiyyə və iş təhlükəsizliyi departamentinin əməkdaşları daxildir.
Komitə bu işin, kovid-19 pandemiyasının qarşısının alınmağı üçün görülən tədbirlər çərçivəsində aparılacağını bildirib.