KƏBƏ YENİDƏN İBADƏTƏ AÇILA BİLƏR

0

Müsəlmanların qibləgahı olan Məkkə şəhərindəki Məscidi-Haram yenidən ibadətə açıla bilər.

Bu barədə Türkiyənin DHA agentliyi, Avropada fəaliyyət göstərən həcc və ümrə təşkilatçısı şirkətlərdən birinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, qlobal pandemiya səbəbindən 2020-ci il martın 5-də ibadətə qapadılan Kəbəi-Şərif bu həftə cümə axşamı günü 5 vaxt namaz qılınması üçün ibadətə açıla bilər.  

Bundan başqa hər gün 6 min zəvvarın iştirakı ilə, məhdud imkanlarla ümrə ziyarətinə izn verilməsi üçün danışıqlar başladığı da bildirilir. Ümrə ziyarətində isə, bu ilki həcc ibadəti kimi sadəcə Səudiyyə Ərəbistanında yaşayanların iştirak edə biləcəyi qeyd edilib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANIN ƏN UZUN AYƏSİ NƏDƏN BƏHS EDİR?

Qurani-Kərimin ən uzun ayəsi əlimizdəki Quran müshəfinin tam bir səhifəsini əhatə edir. Bu uzun ayə insanların sosial həyatı ilə əlaqəli...

Bağla