KƏBƏDƏ İLK DƏFƏ QADINLAR TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT EDƏCƏK

0

Səudiyyə Ərəbistanı krallığı, ümrəyə gələn zəvvarların təhlükəsizliyini qorumaq üçün Məscidi-Haramda ilk dəfə qadınları vəzifələndirib.

Bu barədə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Əl-Ərəbiyyə” telekanalına aid social şəbəkə səhifəsində məlumat paylaşılıb.

Məlumatda bildirilir ki, Məscidi-Haramda 80 qadın digər təhlükəsizlik xidmətinin əməkdaşları ilə birlikdə zəvvarların təhlükəsizliyini təmin edəcək. Xəbərdə qadın əməkdaşların bu iş üçün hərbi təlimlər keçdiyi də qeyd edilib.  

Qadın əməkdaşlardan Qayda Bəkr, vəzifələrinin qadın zəvvarlara kömək etmək və izdihamı istiqamətləndirmək olduğunu deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ FAƏLİYYƏTƏ BAŞLAYIB

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində bildirilib. “Səfir Cahit Bağçı aprelin...

Bağla