KƏBƏDƏ KOVİD-19 MƏHDUDİYYƏTLƏRİ LƏĞV EDİLDİ – FOTO

0

Başda Məscidi-Haram və Məscidi-Nəbəvi olmaqla Səudiyyə Ərəbistanın bütün məscidlərində kovid-19 məhdudiyyətləri ləğv edilib.

Bu barədə Səudiyyə Ərəbistanı krallığının Daxili İşlər Nazirliyi bəyanat yayıb. Bəyanata görə, məhdudiyyətlər ləğv edilsə də qapalı yerlərdə maska taxmaq məcburiyyəti davam edir.

Məhdudiyyətlərin ləğv edilməsi barədə qərar bu gün sübh namazı vaxtı qüvvəyə minib.

Bu qərarın, ölkədə peyvəndləmədə qazanılan uğur və insanların immunitet stemlərində əldə olunan vəziyyət nəzərə alınaraq qəbul edildiyi açıqlanıb.

Həmçinin, ölkəyə xaricdən gələnlərə tətbiq edilən karantin ləğv edilib və Afrika daxil olmaqla, Səudiyyə Ərəbistanına bütün ölkələrdən giriş sərbəst olub.

Resim

Resim

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDLƏRDƏ SAY MƏHDUDİYYƏTİ LƏĞV EDİLİR

Martın 6-dan dini ibadət yerlərində say məhdudiyyəti ləğv edilir. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən,...

Bağla