Həcc mövsümünə hazırlıqlar çərçivəsndə müqəddəs Kəbənin örtüyü yuxarı qaldırılıb. Bu barədə Səudiyyə Ərəbistanı “Harameyn” işləri üzrə dövlət komitəsi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Kəbənin ötüyünün 3 metr yuxarı qaldırıldığını bildirəm komitənin sədri Abdurrahman əs-Sudeys, zəvvarların örtü ilə təmasının qarşısını almaq üçün bu addımın atıldığını qeyd edib.
“Kəbənin örtüyü kral Abduləziz kompleksində bir qrup mütəxəssis tərəfindən böyük bir diqqətlə hazırlanır. Örtük yuxarı qaldırılanda zəvvarlar Kəbəni daha yaxından görmək imkanı da əldə edirlər.”- deyə komitənin sədri əs-Sudeys bildirib.