Səudiyyə Ərəbistanında yerləşən Məscidi-Haramda və Məscidi-Nəbəvidə qlobal pandemiya çərçivəsində ramazan hazırlıqları başa çatdı.
Yerli mətbuatın xəbərlərinə görə daha əvvəl tətbiq edilən qaydalar bu ramazanda da qüvvədə olacaq.
Krallıq rəsmiləri bildiriblər ki, ramazana məxsus olan təravih namazları 20 əvəzinə 10 rəkat qıldırılacaq, həmçinin itiqafa izn verilməyəcək. Bundan başqa müqəddəs Kəbənin ətrafındakı açıq ərazilərdə sadəcə tavafa izn veriləcək, bu yerlərdə namaz qılınmayacaq. Namaz vaxtlarında isə yaşlılar və əlillər onlar üçün ayrılmış xüsusi yerlərdə ibadət edəcəklər.
Qeyd edək ki, Saudiyyə Ərəbistanında 388 866 nəfərin kovid-19 virusuna yoluxduğu, 6 656 nəfərin bu səbəbdən öldüyü, 377 304 nəfərin isə müalicə olunaraq sağaldığı bildirilir. Hazırda ölkədə aktiv xəstə sayının 4 906 olduğu qeyd edilib.