KƏBƏDƏ ŞƏKİL ÇƏKDİRMƏK QADAĞAN EDİLİB

0

Müsəlmanların qibləgahı olan müqəddəs Kəbədə foto və video çəkilişi qadağan edildi.

Bu barədə Səudiyyə Ərəbistanı Mətbuat-Yayımı və İnformasiya Baş İdarəsi məlumat yayıb. Bəyanatda, ibadətlərin düzgün yerinə yetirilməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülən və qüvvəyə minən qanuna zidd hərəkət edənlərin foto və video çəkilişlərini təmin edən cihazlarının müsadirə ediləcəyi bildirilib. 

“Səudiyyə Ərəbistanı krallığı Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülən və qüvvəyə minən qanuna əsasən Məscidi Haram ilə Məscidi Nəbəvidə foto və video çəkilişi qadağan edilib. Bu qaydanı pozanlar qanunla cəzalandırılacaq və onların cihazları müsadirə ediləcək.” – deyə bəyanatda bildirilir.  

Bəyanatda, qadağanın zəvvar qruplarında olan mətbuat nümayəndələrinə də şamil edildiyi, bu qərarın məqsədinin müqədəs məkanları qorumaq olduğu vurğulanıb.

Açıqlamada əlaqədar ölkələrdən zəvvar qruplarına bu barədə məlumat verilməsi də tələb edilib.

“Məscidi Haramda və Məscidi Nəbəvidə zəvvarlar gəldikləri ölklərin bayraqlarını havaya qaldıraraq xatirə şəkli çəkdirirlər. Bu vaxt danışaraq ətrafda ibadət edənləri də narahat edirlər. Həmçinin zəvvarlar bu istiqamətdə qadağa olmadığını deyirlər.” – deyə bəyanatda qeyd edilib. 

Şirəli Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİTCOİN ALMAQ CAİZDİRMİ?

Son günlər bütün dünyada populyar olan virtual pul vahidi Bitcoin müsəlmanlar arasında da müzakirə predmetinə çevrilib.

Bağla