Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidi-Haramda uzun müddətdən sonra sosial məsafəsiz ilk cümə namazı qılınıb. 1.5 illik məsafədən sonra zəvvarlar burada sadəcə tibbi maskadan istifadə edərək sosial məsafəsiz namaz qılıblar.
Qeyd edək ki, ölkə rəhbərliyinin qərarına əsasən oktyabrın 17-dən ölkədə pandemiya şərtləri yumuşaldılmış, bu qərara görə iki doza vaksini olan möminlər Məscidi-Haram və Məscidi-Nəbəvidən tam həcmdə istifadə etməyə başlamışdılar.
Xatırladaq ki, qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistan 1.5 ildir ölkəyə əcnəbi zəvvar qəbul etmir. Yeril zəvvarları yaxın təmasdan qorumaq üçün isə Kəbənin və Məqamı-İbrahimin ətrafı arakəsmələrlə bağlanmış və burada sosial məsafə qaydası tətbiq olunurdu.
The First Jumu'ah Salaah in Masjid Al Haram after the easing of COVID-19 restrictions, led by Sheikh Mahir bin Hamad Al Mu'ayqali. #Makkah
• 22nd October 2021 pic.twitter.com/Ypvkontrm7
— 𝗛𝗮𝗿𝗮𝗺𝗮𝗶𝗻 (@HaramainInfo) October 22, 2021