Qlobal pandemiya tədbirləri çərçivəsində sabahdan Məscidi-Haramda və Məscidi-Nəbəvidə sosial məsafə qaydası tətbiq ediləcək.
Bu barədə Səudiyyə Ərəbistanıının rəsmi SPA agentliyi, Məscidi-Haram və Məscidi-Nəbəvi komitəsinin əməkdaşına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, yoluxma hallarının çoxalması səbəbindən İki Müqəddəs məkanda bəzi məhdudiyyətlər qüvvəyə minəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı oktyabrın 15-dən pandemiya tədbirlərinin yumuşaldılması çərçivəsində Məscidi-Haram və Məscidi-Nəbəvinin tam həcmdə ibadətə açılmasına qərar vermişdi.