KƏBƏDƏ ZƏVVARLARA SÜNİ İNTELLEKTLƏ XİDMƏT OLUNACAQ

0

Həcc mövsümünün başlamasına saylı günlər qala Səudiyyə Ərəbistanı krallığı pandemiya dövründə bu ibadət barədə yeni qaydaları açıqlayıb.

Bu barədə açıqlama verən “Harameyn” komitəsinin sədri Abdurrahman əs-Sudeys, müqəddəs məkanda insanların təmasını minimuma endirmək üçün robotlardan istifadə ediləcəyini deyib.

“Həcc və Ümrə Nazirliyi koronovirusla mübarizə tədbirlərini gücləndirir. Tədbirlər çərçivəsində təmasları minimuma endirmək üçün zəmzəm suyunu paylamaq və hərəm ərazisini təmizləmək üçün robotlardan və süni intellektən istifadə olunacaq. Zəvvarlara zəmzəm suyu steril edilmiş şüşələrdə paylanacaq.

Xüsusilə yaşlı və əlil zəvvarların ibadət və hərəkətlərini asanlaşdırmaq üçün 800-dən çox özüyeriyən araba təsis ediləcək. Robot və süni inllektdən istifadə olunsa da təmizlik və dezinfeksiya işləri üçün 5 min işçi vəzifələndirilib.” – deyə Südeys qeyd edib.

Sədr həmçinin müqəddəs yerlərin 60 min litr dezinfektan ilə gündə 10 dəfə yuyulacağını deyib.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN QADINI VƏ CƏMİYYƏTDƏKİ ROLU

İslam dininə görə elm öyrənmək həm kişilər, həm də qadınlar üçün fərzdir. Xüsusi qayğı tələb edən elmin nə qədər əhəmiyyətli...

Bağla