Səudiyyə Ərəbistanı krallığı son dövrün ən populyar texnologiyası olan metaverse (xəyali kainat) mühitinə addım atır. Məlumata görə, bu təşəbbüslə başda Kəbə olmaqla müqəqəddəs məkanların vizual ziyarət etmək mümkün olacaq.
Ümmül-Qurra universiteti ilə Dövlət Muzey İdarəsinin müştərək layihəsi olan bu təşəbbüsü ilk dəfə Kəbənin baş imamı Abdurrahman Sudeys sınaqdan keçirib.
Sudeys bildirib ki, Məkkə və Mədinədə kifayət qədər ziyarət məkanı var və bu yerlər hər kəsin ziyarət edə bilməsi üçün rəqəmsallaşdırılacaq.
Məscidi-Haramın rəsmi facebook səhifəsində edilən paylaşımda, bu təşəbbüsün ziyarət öncəsində zəvvarlara Həcərül-Əsvədi ziyarət etmək təcrübəsi qazandıracağı qeyd edilib.
Bu layihə sayəsində insanlar, virtual reallıq eynəyi vasitəsilə evlərindən müqəddəs yerləri vizual ziyarət edə biləcəklər. Qeyd edilib ki, bu ziyarət sadəcə görmək və eşitmək hisslərinə xitab etmir, istifadəçilərinə iy bilmək və toxunmaq təcrübəsi də yaşadacaq.