Tabiindən Ata əl-Amiri (ra) belə rəvayət edir:
Bir gün Abdullah bin Amrın (ra) atının yüyənini tutmuşdum. Bu vaxt dedi:
“Bu Beyti (Kəbə) uçurub daş üstündə daş qoymadığınız zaman halınız necə olacaq?”
Ətrafda olanlar, müsəlman olduğumuz haldamı? – deyə soruşdular. Cavab verdi ki, “Bəli Müsəlman olduğunuz halda!”
Bu dəfə mən soruşdum ki, sonra nə baş verəcək? Belə cavab verdi:
“Sonra olduğundan daha gözəl tikiləcək. Sonra Məkkənin hər tərəfinə tunellər qazıldığını, binaların dağ zirvələrindən daha hündür olduğunu gördüyün vaxt bil ki, qiyamətin kölgəsi üstünə düşmüşdür.” (İbni Əbi Şeybə, Musannəf, lll, 270/14107)
Peyğəmbərimiz (ﷺ) belə uyurmuşdur:
“Kəbəni arıq və nazik qıçları olan bir həbəşli təhrib edəcəkdir.” (Müslim, Fitən, 57-59)
Bu gün Məkkənin hər tərəfində açılan tunellər və dağlardan hündür binalar qiyamət gününün bir xəbərçisi kimidir.
Mənbə: https://www.islamveihsan.com/