KƏBƏYƏ VƏ MƏSCİDİ-NƏBƏVİYƏ QADIN İDARƏÇİLƏR TƏYİN EDİLDİ

0

Kəbəi-Şərif və Məscidi-Nəbəvinin idarə heyətinə 41 qadın təyin edilib. Bu barədə “Harameyn” (İki Hərəm bölgəsi) işləri üzrə dövlət komitəsinin sədri Şəyx Abdurrahman əs-Səud açıqlama verib. Açıqlamada bildirilir ki, Harameyn Dövlət Komitəsinin tərkibində yaradılmış İctimaiyyətlə Əlaqələr şöbəsinin sədri vəzifəsinə Dr. Fatimə binti Zeyd ər-Raşud təyin edilib.  

“Bu, ölkəmizin 2030-cu il vizionuna verdiyi əhəmiyyətin nümayişidir. Bu addımla 2030 vizionun həyata keçirilməsində qadınların böyük rolu olacağı mesajı verilib. Bu layihədə qadınların söz sahibi olması üçün belə bir təyinat labüd idi.” – deyə bəyanatda bildirilib.

Əs-Səud, komitənin qanunvericiliyə uyğun olaraq qadınların refah və ibkişafı təmin edəcək və daha böyük üfüqlər açacaq sahələrdə məşğulluqlarını təmin etməyə çalışdığını deyib. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTƏK, ÜRƏK VƏ MƏHƏRRƏM

Qazax türkcəsində ıstık, Azəri türkcəsində isti, Qırğız türkcəsində ısık, Özbək türkcəsində issık şəklində keçən söz Anadolu türkcəsindəki sıcaklıkla eynimənalıdır. İsinmək...

Bağla