KƏBƏYİ-ŞƏRİFİN ÖRTÜYÜ DƏYİŞDİRİLDİ – VİDEO

0

Müsəlmanların qibləgahı olan Kəbəyi-Şərifin örtüyü, Hicri-Qəməri təqvimlə 1446-cı ilin ilk günü – məhərrəm ayının 1-də (7 iyul) dəyişdirilib.

Bu barədə “Haramain” (İki müqəddəs bölgə) sosial şəbəkədəki səhifəsində məlumat paylaşılıb.

“Məscidi-Haram və Məscidi-Nəbəvi” komitəsinin hər il təşkil etdiyi mərasimdə salınan yeni örtükdə təqribən 850 kq ipəkdən, 120 kq qızıl və 100 kq gümüş ipdən istifadə olunub. İpək örtüyün üzərində qızıl və gümüş iplərlə Qurani-Kərimdən ayələr yazılıb.

“Məscidi-Haram və Məscidi-Nəbəvi” komitəsinin yaydığı məlumata görə bu il keçirilən mərasimdə ilk dəfə qadın əməkdaşlar iştirak edib.

Bundan başqa hər il Qurban bayramından bir gün əvvəl zəvvarlar Arafat dağına getdiyi zaman dəyişdirilən Kəbə örtüyü bu il Hicri-Qəməri təqvimlə yeni ilin ilk günündə dəyişdirilib və bundan sonra da belə olacaq.

Bir 7 kişi, eşarp ve yazı görseli olabilir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ QAZILAR ŞURASININ TƏRKİBİNDƏ DƏYİŞİKLİKLƏR EDİLİB

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib, iclasda QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib. Bu barədə...

Bağla