KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ ERMƏNİSTANIN NÖVBƏTİ TƏXRİBATI DAYANDIRILIB

0

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞİMALİ KİPR LİDERİ: “QARABAĞ ZƏFƏRİ BİZİM DƏ ZƏFƏRİMİZDİR

“Azərbaycan bizim qardaş dövlətimizdir”. Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndələrini videoformatda qəbul...

Bağla