KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ MİNAATANLARDAN ATƏŞƏ TUTULUB

0

Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini Kəlbəcər rayonu istiqamətindən iriçaplı silahlarla atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm-lik minaatanlardan atəşə tutub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yunanıstanda kino-teatra çevrilən qədim məscid bərpa ediləcək

Yunanıstanın Selanik (Saloniki) şəhərində Osmanlı dövründən qalan “Həmzə bəy” məscidinin bərpa ediləcəyi bildirilib. Yerli mətbuatın yaydığı xəbərə görə, Mədəniyyət və...

Bağla