KƏLBƏCƏR RAYONU İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

0

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

İslamveirfan.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MALIBƏYLİ VƏ QUŞÇULAR QƏTLİAMINDAN 30 İL ÖTÜR

Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür. Qətliamın törədilməsindən 30 il ötür. 1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin...

Bağla