Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və ölkənin Səfirliyinə başsağlığı verib

0

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən hoteldə baş vermiş yanğınla əlaqədar ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ XİZƏK MƏRKƏZİNDƏKİ YANĞINDA 76 NƏFƏR ÖLÜB

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb. “Report” xəbər verir ki, bu barədə...

Bağla