Kərküdə, İsveçdə Qurana göstərilən hörmətsizliyə cavab olaraq yoldan keçənlərə Qurani-Kərim hədiyyə edildi.
Aksiya barədə açıqlama verən kərküklü Nəbəz Sabah səhv bir hərəkətə səhv edərək cavab vermədiklərini deyib və bunun dinimizin əmri olduğunu qeyd edib.
İslamın tolerantlıq və sülh dini olduğunu vurğulayan Sabah hər kəsi inanc və din azadlığına hörmət etməyə çağırıb.
Təqribən 100 ədəd Qurani-Kərim hədiyyə etdiklərini deyən Nəbəz Sabah, bu aksiyanın davam edəcəyini açıqlayıb.
Xatırladaq ki, Qurban bayramının ilk günündə İsveçin paytaxtı Stokholmda İraq əslli Salvan Momika adlı şəxs Qurani-Kərimi yandırıb. İsveç hökuməti isə “söz azadlığı” adı altında aksiyanı polis nəzarəti ilə dəstəkləyib.
Başda İslam dünyası olmaqla beynəlxalq ictimaiyyət bu aksiyaya kəskin etraz edib.