KAİNAT, QURAN VƏ İNSAN

0

 “Bir gün qəlbində Allahu təalnın nurunu insanlarda görüm deyə bir arzu baş qaldırdı. Sanki dənizi damlada, Günəşi isə zərrədə görmək istəyirdim.”

Həzrət Mövlana

Əzəldə yalnız Allah mövcud ikən O uca Varlıq bilinməyi, murad etdi: sifətlərinin təcəllası ilə bu kəsrət (çoxluq) aləmini vücuda gətirdi.

Uca Haqqın sifətləri Qurani-Kərimdə doxsan doqquz şəkildə insanlığa bildirməsinə rəğmən bunlar daha çoxdur. Onların bir qismini yalnız Allah təalanın özü bilir.; digər bir qismini isə sadəcə olaraq peyğəmbərlərinə bildirmişdir. Bu elm isə onlarda mühafizə olunmuşdur. Alimlər də həmin doxsan doqquza daxil olmayan bir çox sifəti-ilahiyyəyə vaqifdirlər.

Bilinən və bilinməyən bütün bu ilahi sifətlərin üç təcəlla məkanı vardır:

  1. a)   Kainat,
  2. b)  Qurani-Kərim,
  3. c)   İnsan.

Kainat sifəti-ilahiyyənin feili, Quran isə kəlami bir təzahürüdür. Gerçəkdən, Qurani-Kərim bəşərin qiyamətə qədər özüylə apara biləcəyi kəmalatı, həqiqəti və əsrarı ehtiva edir. Bu baxımdan, Quran təqlidi əsla mümkün olmayan əvəzsiz bir möcüzədir. Bu barədə Ənam surəsinin 59-cu ayəsində buyurulur:

“Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum,(kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”

Başqa bir ifadə ilə desək, Qurani-Kərim kəlam surətinə bürünmüş bir kainat deməkdir. Bəşər oğlu o kainatın bir özəyi, bir toxumu kimidir. Çünki məxluqat içində Allahın bütün əsmasından (sifətlərindən) nəsib almış tək varlıq odur. Bu səbəbdən insanın xeyrə də, şərə də, imana da, küfrə də istedad və təmayülü yaradılışında mövcuddur. İman Rəbbin qula təklifidir. Hər qulun qabiliyyət və fərqliliyi isə sifəti-ilahiyyənin təcəllasındaki qələbəyə və ya hakim təcəllaya görə gerçəkləşir. Eyniylə bir çox rəngli, boyanı qarışdırıb tək bir rəng əldə etməkdəki gerçək kimi! Hakim rəng nəticəyə ən yaxın öz varlığını göstərmiş olur. Nəticə olaraq insan, bütün sifətullah onda təcəlla etdiyi üçün Kainatın kiçildilmiş şəkli kimi insana dəyər verilməlidir. İnsan oğluna “aləmi-əsqar” (kiçik aləm) deyilməsi bundan irəli gəlir. Onun ət və sümükdən ibarət varlığında ilahi təcəllanin sirləri, nuru və həqiqətləri əxz olunmuşdur. İnsan bir zərifliklər məşhəri və bir icad bediası (sənət ecazkarı)dır.

Bu mənada, fərdiyyət içində bir toplumdur. Kainat kitabının xülasəsi və fatihəsidir.

Allah-təala camiul-əzdaddır, yəni özündə bütün zidd olanları cəm etmişdir. Biz də əşyanı, baş vermiş və baş verməkdə olan hadisələri ancaq ziddləri ilə idrak edə bilirik. Xeyri anlamaq üçün şəri, gözəli tanıya bilmək üçün çirkini, doğrunu tanıya bilmək üçün əyrini və imana qovuşa bilmək üçün də küfrü tanımamız lazım gəlir. Aşkar bir həqiqətdir ki, bu dəyərlər başdan-başa ancaq ziddləri ilə qavranıla bilər.

Bütün insanların iman və küfrlə dolu macərası ancaq Allahın “Hadi” (hidayət verən) və “Mudill” (zəlalətə düçar edən) sifətlərinin arasında cərəyan edər. Ancaq nəticə sifəti-ilahiyyənin təcəllasındaki qələbəyə bağlı olduğundan şəxsiyyət hakim təcəllaya görə gerçəkləşir. Digər sifətlərin təcəllası də eyniylə bunun kimidir.

Peyğəmbərlər və evliyaullah arasındakı fərqliliklər də ayrı-ayrı təcəlla edən əsmayi-ilahiyyənin əsrarından irəli gəlir.

Peyğəmbərlərin  tövhid inancı xaricindəki məsələlərdə onların səlahiyyət və vəzifələri eyni deyildir. Məsələn, Həzrət-Musa (ə.s) bir dünya nizamı təsis etməyə məmur qılınmışdı. Ona görə də həyatı fırtınalar və qasırğalar içində davam etmişdir. Beləcə də Bəni-İsrail peyğəmbəri Həzrət-İsanın vəzifəsindəki fərqli cəhət nəfsi tərbiyədir. Çünki o “Ruhullah” sifətiylə isimləndirilmişdi.

Həzrət Peyğəmbər isə əsmai-ilahiyyənin ən kamil təcəllalarini özündə toplamış, “Seyyidi-Kainat” (Kainatın əfəndisi) olmuşdur. Cahil bir cəmiyyət arasında yetişdiyi halda qiyamətə qədər gələcək hümmətini həqiqət, irfan və lədünni (hadisələrin daxilindəki gizli hikmətləri görə bilmək) elmlərlə ziynətləndirmiş, məclisləri bədii həyəcanlarla gülüstan etmiş; həqiqət dərsləriylə insanlığa və başdan-başa varlıq aləminə rəhmət olmuşdur.

Peyğəmbərlər müəyyən zaman kəsimlərində insanlığa təşrif etdikləri halda, onların iziylə insanlığa örnək olaraq gələn vəlilər nə qədər ki, bəşər oğlu var, qiyamətə qədər beləcə davam edəcəklər.

Mövlana həzrətləri insandan-insana dəyişən müxtəlif təcəllaları Dəkukidən misallar verərək izaha çalışır:

Dəkuki dedi ki:

“Bir gün qəlbinizdə  Allah təlanın nurunu insanlarda görüm deyə  bir arzu baş qaldırdı”.

“ Sanki dənizi damlada, Günəşi isə zərrədə görmək istəyirdim”.

“Ağıl və ruh addımları ilə sahilə yaxınlaşdım ki, gün batmış, vaxt axşam olmuşdu”.

Mövlana əvəzsiz məcaz mənalarla hekayəsinə davam edir:

“Qəflətən uzaqda yeddi şam gördüm. Onlara qovuşmaq üçün sahilə qaçdım”.

“O şamlardan hər birinin nuru xoş bir surətdə səmaya qədər yüksəlmişdi”.

“O qədər çaşdım ki, çaşqınlığın özü belə çaşıb qaldı!… Heyrət dalğası ağlımı başımdan aldı…”

“Öz-özümə deyirdim ki:Bunlar necə şamlardır ki, bu qədər parlaq olduqları halda xalqın gözü onları görmür?!”

-“Məhtabdan daha parlaq olan şam önündə xalq işıq axtarır…”

-“Əcəba, xalqın gözündə bir pərdəmi var ki, bu həqiqətə qarşı korluq çəkir? Və bu qədər parlaq məhtabı görmürlər?!”

“Məsnəvi” şərhçisi İsmayıl Ankarəvi həzrətləri deyir ki:

“Bu yeddi şamdan məqsəd “yeddilər”  deyilən evliyaullah qrupudur. Dəkuki onların cismiyyətlərini görmədən nuraniyyət və ruhaniyyətlərini görmüşdür. Çünki dünya ilə axirət aləmi arasında “aləmi-misal” deyilən bir aləm mövcuddur. Dünyada xəyala gələn hər şeyin orada bir misalı vardır. O misal əbədiyyatda başqa bir surətdə görünür. Görülən röyaların əksəriyyəti bu misal aləmindəndir. Saleh və sadiq insanlar o aləmə röya halında, hümmətin seçilmiş nəfərləri, yəni mürşidi-kamillər isə ayıqkən daxil ola bilərlər”.

Həzrət Mövlana Dekukinin sözlərini belə davam etdirir:

“Gördüyüm o işıqlar Haqq təalanın ağlasığmaz nurunun təcəllasıdırmı deyə onları seyr etdim”.

“Cazibələrinə qapılaraq ağlım başımdan getdi. Özümü başsız və ayaqsız hiss etdim”.

“Bir də gördüm ki, o yeddi işıq nurlu yeddi insan oldu. Onların nurları göy qübbəsinə qədər çatdı”.

“Onların nuru qarşısında günəşin aydınlığı sönük və zəif bir halda görünürdü. O yeddi insanın nuru öz nurlarından başqa bütün aydınlıqları yox səviyyəsinə salırıdı”.

Bunların hamısı fərqli təcəllaların nəticələridir.

Həzrət Mövlana (q.s) ilahi təcəlla və lütflərə məzhər olanın halını belə ərz etməkdədir:

“Bir kimsə bu hal ilə bir baxışdan idrak etdiyini dil ilə söyləsə, illərcə anlada bilməz. İdrak və şüurun dərinində hiss edib duyduğunu qulaq illərcə dinləsə, anlaya bilməz!”

“Ey saleh olan kimsə! Sən ruhi dərinliklərə yönəl! Və hər şeyi öz daxili aləmində tapmağa əzm elə! Sən bir camiul-kövnsən (kainatın özü və məzmunusan!) ki, mən sənə layiq olan sənanı etməkdə acizəm!.”

Allahın əmr və qadağalarına uyğun yaşamaqdan başqa çarə yoxdur. Həyatı dünya qayəsi ilə yaşayanların və nəfslərinin arzusuna görə sürüklənənlərin sonu axirət pərişanlığından başqa bir şey deyildir.

Bu mənada, ins və cinin peyğəmbərlərə və onların yolunu davam etdirən varislərinə – yəni mürşidi-kamillərə böyük ehtiyacı vardır. Ancaq bu örnək şəxsiyyətlərlə həqiqətə çatmaq mümkündür. Onlar cahanın əlçatmaz fəzilət və həqiqət örnəkləridir! Qayə onların yaşayışlarını örnək alaraq Quran əxlaqı ilə – yəni Allahın əxlaqıyla əxlaqlanmaqdır.

Düşündürücü bir haldır ki: insanların bir qismi maddi xəstəlikləri səbəbiylə həkimə müraciət edir və ona haqq ödəyirlər. Lakin mənəvi xəstəliklərindən qurtulsunlar deyə əmək haqqı almadan müalicə edən mürşidi-kamillərə müraciət etmirlər.

Həzrət Mövlana (q.s)  mənəvi həkimlərin maddi həkimlərdən üstünlüklərini belə dilə gətirir:

“O zahir həkimlər başqadır. Onlar ürəyə nəbzi tutaraq baxarlar. Mürşidi-kamillər isə nəbzi tutmadan ürəyə baxarlar. Və Allahın vermiş olduğu fərasət və sirrə varmaq cəhətdən maddi həkimlərdən fərqlidirlər. Zahiri həkimlər ancaq maddi qida və əcza həkimləridir ki, maddi qida və əczalarla ruhi-heyvaniyyəni, yə`ni cəsədi müalicə edərlər. Cəsəd isə, aydındır ki, bir gün torpaqda qeyb olacaqdır.”

“Mənəvi həkimlər isə Allahın cəlal və əzəmət nurununu əks etdiyi şəxsiyyətdir. Bu səbəbdən Allaha varmağa mane olan yolları ortadan qaldırırlar. Dəlilləri kəşf, ilham və sirri- ilahidir. O mübarək insanlar müalicə haqqı da istəməzlər.”

Allah Rəsulundan ibrətli bir misal:

Əbu Süfyan nübüvvətdən (peyğəmbərlikdən əvvəl) əvvəl Peyğəmbərimizin dostu idi. Nübüvvətdən sonra isə düşmən kəsilərək ona həcvlər yazdı. Peyğəmbərə rəğbət bəsləyən Həsən bin Sabit (r.a) isə bu həcvlərə cavab verdi. Sonralar Əbu Süfyan Məkkə fəthində həzrət Abbasın (r.a) vasitəsiylə əməlindən peşman oldu. Əbu Süfyan həzrət Əlinin öyrətdiyi ayə ilə Rəsulullah (s.ə.s.)-dən üzr istədi.

Mərhəmət və şəfqət okeanı olan Allah Rəsulu bu zaman sureyi-Yusifdən (Yusif) dedi: «Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!” (Yusif 92) ayəsini oxuyaraq, onun və digərlərinin köhnə qüsur və ayıblarını əfv etdi.

Kainatda hər zərrə, Quranda hər hərf, İnsanda hər hüceyrə heç bir şeyin əbəs yaradılmadığını, özünəməxsus bir lisan ilə ifadə etdiyi halda, ey insan, hələ oyanmayacaqsanmı, yaradılışındakı kamilliyə görə bəlli bir yolu seçməyəcəksənmi!?

Allah təalanın bu ayələrini ürəkdən, düşünərək oxumaq lazımdır:

“Həqiqətən  göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.”

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): «Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali İmran 190-191)

Ya Rəbbim! Bizlərə bu ayələrdən ibrət almağı nəsib et!

Amin!..

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QİYAMƏT  

Bu da son…

Bağla