KAİNAT SƏSSİZ BİR QURAN, QURAN SƏSLİ BİR KAİNATDIR

0

Qurani-Kərim möminin daxili və xarici aləminə dinclik verən bir nurdur. Cahan səssiz bir Qurandır, yəni bu kainat, ilahi xariqələr aləmi bizi təfəkkürə dəvət edir.

Zərrədən kürəyə qədər cahan səssiz bir Quran, Quran da səsli bir cahandır. Kamil bir mömin isə, yəni nəfsinin arzularını yerlə-yeksan etmiş, ilahi vüslat nəsib olmuş bir mömin isə Qurani-Kərimin qavli, kainatın kəvni ayətlərinin qovşağında olan irfan mərkəzidir.

Misilsiz incəlikləri, dibi görünməyən dərin düşüncələri ilə nümunə olan insan öz dəyərini ancaq Quran və sünnət ruhaniyyəti içində bir qulluq həyatı yaşayaraq mühafizə edə bilər.

Qurani-Kərimin ən böyük bərəkətlərindən biri də insanı könül aləmindən oyandırmaq, intibaxa gətirmək, xarici gözəlliklərlə duyğulandırmaq, yəni afaq və ənfus cilvələri içində onu Rəbbi ilə yaxınlığa cəlb etməkdir.

Bu gözəl kainat kitabı qarşısında duyğulanmaq, hissi bir ürəklə ürpərmək, ancaq canlı bir Quran olan möminlərə məxsus bir keyfiyyətdir. Qurani-Kərimdə, “Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,” (Ənfal-2) buyurulur.       

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMAM ƏBU HƏNİFƏNİN QƏZA VƏ QƏDƏR BARƏDƏ FİKİRLƏRİ

Əbu Hənifə, qədərin Lövhi-Mahfuza “xarakter keyfiyyəti” ilə yazıldığını bildirmişdir. Onun düşüncəsinə görə dünya və axirətdəki hər şey Allahın istəməsi, elmi,...

Bağla