KAİNATDAKI TƏZYİQ FƏRQİ

0

Dəniz səviyyəsindən etibarən göyə doğru yüksəldikcə təxminən hər 10,5 metrdə təzyiq 1 millibar azalır. İstiliksə hər 100 metr yüksəklikdə 0,5 dərəcə aşağı düşür. Yerdən yüksəldikcə atmosfer sıxlığı və tozların, beləliklə də oksigen sıxlığının da azaldığı müşahidə olunur. Ona görə də yüksəldikcə nəfəs darlığı, danışıqda və görmədə çətinliklər, huşunu itirmə halları yaşanır. Ayeyi-kərimədə buna işarə edilir:

“Allah kimi yolundan azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər”. (əl-Ənam, 125)

Təyyarə uçarkən təxminən yerdən 10 min metr yük­səkliyə qalxır. Çünki, beləliklə, yerin cazibə qüvvəsindən uzaqlaşaraq, aşağı təzyiqdə sürtülməni minimuma endirərək daha az yanacaq sərf etmiş olur. Lakin bu yüksəlişdə oksigen azaldığına görə hər hansı bir nasazlıq yarandıqda oksigen maskaları ilə tədbir alınır. Ondan daha yüksəkliyə isə oksigen xeyli azaldığı üçün xüsusi təchizatlar olmadan çıxmırlar.

Heç bir ateist “sabah havadakı oksigen miqdarı dəyişər” deyib osigen balonu ilə gəzməz. Çünki kainatdakı bu ilahi ekoloji tarazlığın pozulmayacağını bilir və belə bir ehtimalı ağlına gətirmir. Yəni ilahi iradəyə gizli bir etimad və iman içərisindədir. Bunun əksini ifadə etdiyi üçün nankorlardan olmuşdur.

Əslində, kainatdakı bu həqiqətlər qarşısında heç kim inancsız deyil. Hamı gizli iman və təslimiyyət içərisindədir, lakin bəziləri bunun fərqində olmadığı üçün özünü inancsız zənn edər və xüsrana sürüklənər.

KANİNAT, QURAN VƏ İNSAN, OSMAN NURİ TOPBAŞ

İPƏKYOLU NƏŞRİYYATI

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UŞAQLAR NƏ ÜÇÜN YALAN DANIŞIRLAR?

-Vəli anasına dərs qiymətlərinin həmişə yaxşı olduğunu söyləyirdi. Aysel xanım bir gün Vəlinin çantasında imtahan nəticələrini görüncə, əslində həqiqətin heç...

Bağla