Kanadada müsəlman əslli Toronto millət vəkili Omar Alghabra ölkənin nəqliyyat naziri təyin olunub.
Bu barədə Kanada Baş nazirlik administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, innovasiya, elm və sənaye naziri Navdip Bains pensiyayaçıxaraq tutduğu vəzifədən ayrılıb. Onun yerinə indiki xarici işlər naziri Françis Filip Çamping, xin vəzifəsinə isə indiki rabitə naziri Mark Qarney təyin olunub.
Qarneyin yerinə isə Toronto millət vəkili müsəlman Omar Alghabra nəqliyyat naziri təyin edilib.
Əslən Səudiyyə Ərəbistanından olan O. Alghabra Kanada kabinetinə təyin edilən 3-cü müsəlman nazirdir.
Bundan əvvəl Somali əslli Ahmad Hussen uşaq, ailə və sosil inkişaf naziri, Əfqanıstan əslli MəryəmMonsef isə qadının statusu naziri təyin olunublar.