KANADADA İSLAMAFOBİYAÇI HÜCUM NƏTİCƏSİNDƏ 4 MÜSƏLMAN ÖLÜB

0

Kanadanın Ontario əyalətinin London şəhərində sürücü idarə etdiyi mikroavtobusu səkidə yeriyən müsəlman ailəsinin üstünə sürüb. Hadisə nəticəsində ailənin dörd üzvü dünyasını dəyişib.

Yerli polisin məlumatına görə, bir nəfər hadisə yerində, daha üç nəfər xəstəxanada ölüb. Qəza zamanı yalnız doqquz yaşlı uşaq sağ qalıb. Qeyd edilir ki, o, ağır xəsarətlər alıb, ancaq yaralının həyatı üçün hər hansı təhlükə yoxdur.

“Hesab edirik ki, bu qəsdən edilən hərəkət idi, hücum ona görə oldu ki, onlar müsəlmandır”, – şəhərin polisinin rəhbəri deyib.

London merinin tvitterdə yayılan bəyanatında isə bildirilir ki, şəhərdə “müsəlmanlara, London sakinlərinə qarşı yönəldilmiş və müqayisəolunmaz nifrətə səbəb olan kütləvi qətl” baş verib. Mer həmçinin bunun bir ailə üçün dəhşətli qətl olduğunu vurğulayıb.

Şəhər rəhbəri deyib ki, müsəlman icmasının nümayəndələri ilə görüşüb və onlara başsağlığı verib. O, həmçinin müsəlmanları əmin edib ki, onlar özlərini şəhərdə təhlükəsiz şəraitdə hiss edə bilərlər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs az sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayəti törədən 20 yaşlı kişidir, o hazırda həbsdədir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞANLA BAYDEN QARABAĞ MƏSƏLƏSINI MÜZAKİRƏ EDƏCƏK

ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək. Bu barədə Cozef...

Bağla