KANADADA İLK DƏFƏ MÜSƏLMAN LİDER SENATOR TƏYİN EDİLDİ

0

Kanadada müsəlman əslli fəhlə lideri Həsən Yusif baş nazir Castin Trüdo tərəfindən senator təyin edilib. Baş nazir, 105 yerlik senatoda boş qalmış 3 yerə hökumət kvotasından təyinat etdiyini açıqlayıb. Həsən Yusifi Ontario əyaləti adına təyin edən Trüdo, senator Yusufun əldə etdiyi nəaliyyətləri sadalayıb:

“Həsən Yusif Kanadanın ən təcrübəli fəhlə liderlərindən biridir və Kanadada həmkarlar ittifaqlarında  liderlik edən ilk ağdərili olmayan şəxsdir. Bir müddət əvvəl Kanadada fəhlə qurultayının sədri kimi ikinci dövrünü başa vurub. Həmçinin 21 ölkədə 55 milyondan çox fəhləni təmsil edən beynəlxalq təşkilat Amerika Həmkarlar İttifaqları Şurasının da sabiq sədridir. Yusif iki universitetdən çox sayda liderlik mükafatı və fəxri doktor ünvanını almışdır.” – deyə Trüdo açıqlamasında bildirib.

İyunun 17-də isə Kanadanın baş naziri Castin Trüdo ölkədə ilk dəfə müsəlman əslli Mahmud Camalı Konstitusiya məhkəməsinə hakim təyin edib.    

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TOKİO OLİMPİADASINDA ALKOQOL QADAĞAN EDİLDİ

Yaponiyanın paytaxtı Tokioda 23 iyul – 8 avqust tarixlərdə keçirilməyi planlaşdırılan olimpiada oyunları vaxtı alkoqol qadağan edilib. Pandemiya müddətində virusun...

Bağla