KANADADA MÜSƏLMAN BİZNESMENƏ TERRORÇU DEYƏN SİYASƏTÇİ HƏBS EDİLƏCƏK

0

Kanadada halal restoranlar şəbəkəsinin sahibi Muhamməd Fakihi sahibi olduğu internet saytı və sosial şəbəkədə təhqir edən siyasətçi Kevin Conston barədə məhkəmə 18 ay həbs qərarı verib.

Məlumata görə, Conston ilk dəfə 2017-ci ilə Fakihə qarşı işlədiyi nifrət nitqi cinayəti səbəbindən 2019-cu ildə 2.5 milyon Kanada dolları (3 milyon 132 min azn) cərimə edilmişdi.  

Cərimə barədə verilən məhkəmə qərarına “Conston bir də Muhamməd Fakih və İslam dininə qarşı nifrət nitqi cinayəti işləməyəcək” şərhi də əlavə edilmişdi.

Kevin Conston, Muhamməd Fakih barədə nifrət nitqinə davam etdiyi üçün Ontario Ali Məhkəməsinin hakimi Fred Miers onun barəsində yenidən qərar verib.  

Hakim Fred Miers, Fakih barədə “terrorçu” və “uşaq qatili” ifadələrindən istifadə edərək əvvəlki məhkəmə qərarını pozduğu üçün onun barəsində 18 ay azadlıqdan məhrum etmə cəzası verib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ERMƏNİSTAN AZƏRBAYCANA VƏ TÜRKİYƏYƏ QARŞI ƏRAZİ İDDİALARINDAN ƏL ÇƏKMƏLİDİR”

"Bundan sonra Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə...

Bağla