KANADADA XÜTBƏLƏRDƏ KÜTLƏVİ ÖLDÜRÜLƏN HİNDU UŞAQLARI YAD EDİLƏCƏK

0

Kanadada müsəlmanlara aid “İmamlar Şurası” yerli xalqların problemlərini cümə xütbələrində gündəmə gətirməyi qərara alıb.

Mərkəzi paytaxt Torontoda olan və 75 imamdan təşkil olunmuş “İmamlar Şurası” yerli xalqların məruz qaldıqları zülmləri soyqırımı kimi qəbul etdiklərini deyib.

“Avropa imperializmi adına ailələrindən oğurlanan, təcavüz edilən, işgəncəyə məruz qalan və ac saxlanılan yüzlərlə günahsız uşaq qəbrinin aşkarlanmağı bizi utanca və kədərə qərq etdi. Yerli xalqa göstərilən təzyiq və zülmlərin soyqırımı olduğunu qəbul edirik.” – deyə şuranın bəyanatında bildirilib.

Kanada İmamlar Şurasının sədri Rafət Muhamməd məqsədlərinin kədərli ailələrlə həmrəylik nümayiş etdirmək olduğunu deyib:

“Bu qərar; yas saxlayan yerli icmalar, köhnə internat məktəbi şagirdləri və itkin düşən uşaqların ailələri ilə dəstək və həmrəyliyi ifadə edəcək. Cümə günü oxunacaq xütbələrdə, kanadalı müsəlmanların yerli xalqlara qarşı şəfqət və təsəllisi vurğulayacaq”.

“Bütün Kanada üçün Ədalət” təşkilatının sədri Taha Hayur da şuranın bu qərarını dəstəkləyib:

“Avropa imperializmi adına adsız məzarlarda yüzlərlə yerli uşağın tapılmağı kanadalıları kədərə qərq edib, yerli xalqlar üçün ədalət və bərabər hüquqların tələb olunmasını labüd hala gətirmişdir. Yerli soyqırımını qəbul edən şuranın bu qərarı ədalət və kompromisin təmin edilməyi üçün vacib addımdır”.

Qeyd edək ki, bir müddət əvvəl Kanadanın müxtlif şəhərlərindəki katoliklərə aid internat məktəblərinin həyətindən; birindən 182, digərindən 751, başqa birindən də 215  uşaq məzarı aşkarlanıb. Kütləvi məzarların müasir həyata inteqirasiya adıyla zorla internata cəlb olunan yerli hinduarın uşaqlarına ad oduğu bildirilib. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İXLAS SURƏSİNİN TƏFSİRİ

İlahi kitabımız Qurani-Kərimdə yer alan hər surə və ayə Allah Təalanın insanlara təbliğ etidiyi ilahi mesajı əks etdirir. Buna görə...

Bağla