KANADADA ZƏNCİRLƏRLƏ MƏSCİD HAZIRLANIB

0

Kanadada VI “Vancouver Bienali” incəsənət festivalı keçirilib.

Dünyanın dörd bir tərəfindən sənətkarların iştirak etdiyi festivalda müsəlman ustanın hazırladığı məscid hər kəsin diqqətini cəlb edib. Səudiyyə Ərəbistanından olan Aclan Xarem minarəsi, günbəzi, mehrabı və minbəri olan məscid hazırlayıb. Festivalda nümayiş edilən “Cənnətin qapıları” adlı əsərin ən böyük özəlliyi isə onun zəncirlərdən hazırlanmasıdır. Sənətkar bu addımı ilə diqqəti, dünyada müsəlmanların məruz qaldığı ayrı-seçkiliyə, təzyiq və zülmlərə cəlb etməyə çalışıb.  

“Əsərim, dövlətlərin dünyada müsəlmanlar üzərində qurmağa çalışdığı hakimiyyətin rəmzidir. Bu hakimiyyət müsəlmanlara göstərilən təzyiq və zülmlərlə yaşadılır.” – deyə Xarem bildirib.

Xaremin bu əsəri festival müddətində yaşıl lampalarla işıqlandırılacaq.

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN DEPRESSİYAYA DÜŞƏRMİ?

“O (Yaqub) dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizdən agah oluram (Yusif surəsi,...

Bağla