İspaniyanın Barselona şəhərində “Santa Anna” katolik kilsəsi, qapalı yerlərdə iftar ziyafətlərinin yasaq olduğu bir vaxtda müsəlmanlar üçün qapılarını açıb. Kilsə könüllülərin dəstəyi ilə müsəlmanlar üçün iftar süfrəsi açmağa başlayıb.
Məlumata görə, ramazan ayının əvvvəlindən bəri hər gün 50-60 nəfər evsizə (bomj) iftar yeməyi verilir.
Hadisə, Katalon “Mərakeşli Qadınlar” dərnəyinin sədri Fauzi Çatinin kilsənin keşişi Peyo Sançesə müraciət etməyi ilə başlayıb.
Çati, əvvəllər şəhərdə iftar ziyafətləri təşkil etdiklərini, kovid-19 pandemiyası səbəbindən bu ramazan heç nə edə bilmədiklirini deyib. Bundan sonra kilsə öz qapılarını müsəlmanların üzünə açıb və burada iftar yeməkləri verilir.
“Fərqli mədəniyyətlərin, fərqli dillərin və hətta fərqli dinlərin mənsubları kimi söhbət edib razılığa gələmək məsələsində bəzi siyasətçilərdən daha bacarıqlıyıq.” – deyə “Santa Anna” kilsəsinin keşişi Peyo Sançes bildirib.