Cənazə namazının qılınmağının uyğun görülmədiyi şəxslər bunlardır:
Ata və anasını qəsdən öldürənlər və döyüş əsnasında öldürülən qəsbkarlar.
Ancaq şəriət qaydalarının verdiyi höküm nəticəsində ölənlərin cənazələri yuyular və namazları qılınar.
Dindən çıxanın cənazə namazı qılınmaz, həmçinin müsəlman qəbiristanlığında dəfn edilməz. İntihar edən şəxsin cənazə namazı qılınar, ancaq Əbu Yusifə görə yanlışlıqla və ya ağrıya dözməyərək intahar edənlərdən başqa şəxslərin cənazə namazı qılınmaz. (Müslim, Cenaiz, 107.)
İntihar etmək, uca Allah tərəfindən bəxş edilən həyat nemətini onun razı olmadığı şəkildə sonlandırmaqdır. İntahar edənin ağlı ilə bağlı problemi olduğu şüphəsizdir. Buna görə onun bağışlanmağı üçün Allaha dua edilər. Hədisi şərifdə “Lə iləhə illəllah deyən hər kəsin cənazə namazı qılınar” buyurulur. (Taberani, əl-Mu‘cəmü’l-kəbir, XII, 447) Bu hədisdən yola çıxaraq kəlmeyi-şəhadət gətirən hər kəsin cənazə namazı qılınmalıdır.
Prof. Dr. Hamdi Döndüren