KİV: Ərdoğan terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.

TRT telekanalı da öz növbəsində Ərdoğanın Kazanda sammit münasibətilə təşkil edilən təntənəli qəbulda iştirak etmədiyini bildirib.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSMİ BAKI TÜRKİYƏDƏ BAŞ VERƏN TERROR AKTINI PİSLƏYİB

Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib. XİN...

Bağla