İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisdəki fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 40-dan çox adam ölüb, 65 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Onun məlumatına görə, partlayış yerində dağıntıların təmizlənməsi davam edir və qurbanların sayı arta bilər.