KOMİTƏ SƏDRİNİN MÜAVİNİ: “BƏLƏDİYYƏLƏR QƏBİR YERLƏRİNİ PULSUZ AYIRACAQ”

0

“Qəbiristanlıqlar bələdiyyələrin balansına keçdikdən sonra qəbir yerləri pulsuz olaraq ayrılacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O xatırladıb ki, Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi tərəfindən qəbiristanlıqlar və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün hazırlanan sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənib: “Burada qəbiristanlıqların bələdiyyələrin səlahiyyətinə keçməsi ilə bağlı müddət öz əksini tapıb. Həmin sənəddə qəbir yerləri üçün torpağın pulsuz ayrılması da göstərilib. Eyni zamanda qəbirlərarası məsafə, qəbir daşlarının ölçüsü konkret olaraq qeyd olunub”.

G.İsmayılov əlavə edib ki, Azərbaycanda özəl qəbiristanlıq anlayışı yoxdur: “İstənilən halda bütün qəbiristanlıqlar bələdiyyənin balansına verilməlidir. Eyni zamanda, gələcəkdə qəbiristanlıqların salınması üçün Komissiyaların yaradılması nəzərdə nəzərdə tutulur”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA 907 İSLAM, 33 QEYRİ-İSLAM TƏMAYÜLLÜ DİNİ QURUM DÖVLƏT QEYDİYYATINA ALINIB

Allaha ibadət etmək üçün müxtəlif vasitələrdən istifadə etmək mümkündür. Vasitə deyəndə ki, Allahın bizə bəxş etdiyi nemətləri ilə Allaha ibadət...

Bağla