KORONAVİRUSA GÖRƏ SÜLEYMANİYƏ MƏSCİDLƏRİNDƏ VAXT NAMAZLARI QILINMAYACAQ

0

Şimali İraqın Süleymaniyə vilayətindəki məscidlərdə, koronavirus təhlükəsi səbəbindən camaatla namaz qılmaq qadağan edildi. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Kürdüstanı muxtariyyətinin “İslam Alimləri Şurası” bəyanat yayıb. Bəyanatda bildirilir ki, koronavirusla mübarizə və yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində növbəti göstərişə qədər məscidlərdə camaatla vaxt namazları qılınmayacaq.  

Açıqlamada həmçinin, sadəcə bu həftəyə məxsus olmaq üzrə Süleymaniyənin mərkəzindəki məscidlərdə cümə namazının qılınmayacağı qeyd edilib.  

Bu məqsədlə mətbuat konfransı keçirən Süleymaniyə valisi Həval Əbubəkr bildirib ki, koronavirus səbəbilə vilayətdəki bütün ictimai tədbirlər ləğv edilib, idman müsabiqələrinin isə azarkeşsiz keçirilməsi istiqamətində qərar qəbul ediib.

Qeyd edək ki, muxtariyyətin Səhiyyə Nazirliyi koronavirus səbəbindən vilayətdə 1 nəfərin öldüyünü açıqlamışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ ORDUSUNDAN ƏSƏDƏ BÖYÜK ZƏRBƏ

Türkiyə Silahlı Qüvvətlərinin (TSK) Suriyanın İdlib şəhərində başlatdığı “Bahar qalxanı hərəatı” adlı hərbi əməliyyatlar davam edir. İslamveirfan.com-un yerli mətbuata istinadən...

Bağla