KORONAVİRUSA QARŞI NAMAZ VƏ DƏSTƏMAZ

0

İordaniyanın Ramsa şəhər bələdiyyəsi koronavirusla (kovid-19) mübarizə çərçivəsində fərqli bir addım atıb. Bələdiyyənin xəbərdarlıq lövhələrində koronavirusla mübarizə yolları dəstəmaz və namaz kimi dini təlimlərlə izah edilib.

Əllərini yuyan uşaq şəkli olan lövhədə “Özünü koronavirusdan qoru!”, “Təmizlik imamdandır!” yazılıb. Başqa bir lövhədə isə, “Koronavirus bizimlə döyüşür, biz də dəstəmaz alaraq və bağışlayaraq onunla mübarizə aparaq!” yazılıb. Digər bir lövhədə isə, lazımi tədbirlər görüldükdən sonra təşvişə düşməmək, əhval-ruhiyyəni yüksək tutmaq və dua etmək təlqin edilir.  

Ramsa bələdiyyəsinin sədri Hüseyn əbu Şeyx açıqlamasında İslam dininin təmizliyi birmənalı olaraq təşviq etdiyini deyib. Sədr həmçinin atılan bu addımın ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını deyib.     

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MUHAMMƏDİ QƏLBİN OXUNMAMIŞ SƏHİFƏLƏRİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərdiyi peyğəmbəriyəm. Göylərin və yerin hökmü...

Bağla