KORONAVİRUSDAN QORUNMAQ ÜÇÜN 14 QAYDA

0
Çox da mürəkkəb olmayan, sadə qaydalara riayət edərək koronovirusun (covid-19) yayılmasının qarşısını almaq mümkündür. Bu xəstəliklə mübarizə çərçivəsində 14 qaydanı oxucularımıza təqdim edirik:  

KORONAVİRUSDAN QORUNMAQ YOLLARI:

1.      Əllərinizi tez-tez su və sabunla ən azı 20 saniyə  ovxalayaraq yuyun.

2.      Öskürəndə və asqıranda ağzınızı və burnunuzu tək istifadəlik dəsmalla tutun. Dəsmal yoxdursa dirsəyinizin daxilindən istifadə edin.

3.      Əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.

4.      Soyuqlama əlaməti olan insanlardan ən azı 3-4 addım uzaq olun.

5.      Xarici səyahətlərinizi ləğv edin və ya təxirə salın.

6.      Səyahətdən qayıdırsınızsa ilk 14 günü evinizdə keçirin.

7.      Otağınızın havasını tez-tez dəyişdirin.

8.      Qapı qolları, kran başlıqları və s. bu kimi tez-tez istifadə etdiyiniz yerləri hər gün su və dərmanla yuyun.

9.      Əl dəsmalı kimi şəxsi əşyalardan ortaq istifadə etməyin.

10.  Paltarlarınızı 60-90 dərəcədə normal yuyucu toz ilə yuyun.

11.  Salamlaşmaq, qucaqlaşmaq kimi yaxın təmaslardan uzaq olun.

12.  Çoxlu maye qəbul edin, yaxşı bəslənin və yuxu rejiminizə diqqət edin.

13.  Soyuqlama əlaməti hiss edirsinizsə yaşlılarla və xroniki xəstəliyi olanlarla təmas qurmayın, maska taxmamış bayıra çıxmayın.

14.  Hərarətiniz düşmürsə, öskürük və nəfəs darlığınız varsa maska geyinərək yaxınlıqda olan bir səhiyyə məntəqəsinə müraciət edin.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU DUANI SƏHƏR-AXŞAM 3 DƏFƏ OXUYANA HEÇ BİR ŞEY ZƏRƏR VERƏ BİLMƏZ

Rəsulullah (SAV) buyurdu: “Kim hər səhər və hər axşam üç dəfə: Ərəbcəsi: Azərbaycanca oxunuşu: “Bismilləhilləzi lə yədurru məasmihi şeyun fil...

Bağla