Səudiyyə Ərəbistanı Kraallığı koronovirusla mübarizə tədbirləri çərçivəsində yeni qərara imza atıb. İslamveirfan.com xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni qərara əsasən xəstəxanalarda kovid-19 virusunun daşıyıcısı olan xəstələrə müsəlmanlar tərəfindən müqəddəs qəbuledilən zəmzəm suyu pylanacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığı koronovirusla mübarizə tədbirləri çərçivəsində ümrə ziyarətlərini dayandırmış, sonra isə başda Məscidi-Haram və Məscidi-Nəbəvi olmaqla ölkədəki bütün məscidlərdə vaxt və cümə namazlarının qılınmasını yasaqlamışdı.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 4462 nəfər koronovirusa yoluxub və onlardan 59 nəfər dünyasını dəyişib.