KÜTLƏVİ DİNİ MƏRASİMLƏRLƏ BAĞLI YENİ QAYDALAR MÜƏYYƏNLƏŞİR

0

Kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşir. Bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.

Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMLƏRİ HƏR 5 İLDƏN BİR ATTESTASİYA EDİLƏCƏK

İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri hər 5 ildən bir attestasiya ediləcək. Bununla bağlı “Dini etiqad azadlığı...

Bağla