Qətərin paytaxtı Dohadakı mədəniyyət şəhərciyində Fransa prezidenti Emanuel Makronun İslam dini əleyhində fikirlərinə qarşı qeyri-adi aksiya keçirilib.
Mədəniyyət şəhərciyində İslam peyğəmbəri Hz. Muhammədin (SAV) mübarək adını əks etdirən lazer şoular təşkil edilib.
Bundan başqa şhərcik ərazisində səsgücləndirici vasitəsilə Hz. Muhammədi (SAV) mədh edən ilahilər səsləndirilib.
Xatırladaq ki, Fransada oktyabrın 16-da bir müəllim dərsdə şahirdlərinə Hz. Peyğəmbərin (SAV) Charlie Hebdo jurnalında nəşr edilən karikaturlarını göstərmiş və bir müddət sonra həmin müəllim başı kəsilərək öldürülmüşdü.
Franca prezidenti Makron isə baş verənlərə görə müsəlmanları ittiham edən çıxışlar etmişdi. Bununla kifayətlənməyən Makron, Parisdə ictimai binaların divarlarında bu karikaturaları lazer şou ilə əks etdirmişdi.