LİSEY ŞAGİRDİ QURANI 2 AYDA ƏZBƏRLƏYİB HAFİZ OLDU

0

Türkiyənin Bitlis vilayətində lisey şagirdi müqəddəs Qurani-Kərimi az vaxt ərzində əzbərləyərək Hafiz titulunu qazanıb.

Bu barədə “Diyanet”in rəsmi internet səhifəsində məlumat yayılıb.

Məlumata görə, Bitlis vilayətinin Ahlat rayonundakı “Abdurrahman Qazi” Quran kursunda hafizlik təlimi görən Mehmet Nafi Keskin, 2 ay ərzində Quranı əzbərləyib.

Keskin, Quranı əzbərləyərək iki xəyalından birinə qovuşduğunu qeyd edib.

Mehmet Nafi Keskin növbəti hədəfinin təməl səviyyədə ərəbcə öyrənərək Misirin “Əzhər” universitetində təhsilini davam etdirmək olduğunu deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANA QIŞ FƏSLİ GƏLİB

Azərbaycana qış fəsli gəlib. Qış fəsli saat 07:27-də daxil olub. Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verib,...

Bağla