İngiltərənin paytaxtı London şəhərində müsəlman tələbələrin qurduğu, müxtəlif din mənsublarının iştirak etdiyi “Aaçıq iftar” ənənəsi bu il də davam edir.
Yer süfrəsində verilən “Açıq iftar” ziyafətində yüzlərlə tələbə iştirak edir.
Qeyd edək ki, müsəlman tələbələr “Açıq iftar” ənənəsini 2011-ci ildən başladıblar və o vaxtdan bəri hər ramazanda bu ənənə davam edir.