LONDONUN SİMVOLU OLAN BİNA MƏSCİDƏ ÇEVRİLƏCƏK

0

Müsəlman milyarder Asif Əziz 2005-ci ildə satın aldığı İngiltərənin paytaxtı London şəhərinin simvolu hesab edilən Trokadero binasını məscidə çevirəcəyini açıqlayıb.

Artıq məscidin bir neçə aya qədər açılacağını deyən Əziz, bunun üçün lazım olan bütün iznləri aldığını qeyd edib.

Malavi əslli 56 yaşlı Asif Əziz daha əvvəl Trokadero binasında min nəfər həcmli məscid açmaq üçün müraciət etmişdi. Bu müraciəti qəbul etməyən Vestminster şurası, daha sonra 390 nəfərlik məscid açılışını təsdiqləyib.

Məscidin adının “Piccadilly” olacağı və bir neçə aya qədər açılacağı bildirilib.

Qeyd edək ki, Trokadero binası ilk dəfə 1896-cı ildə restoran kimi açılıb və 1965-ci ildə bağlanıb. 1984-cü ildə sərgi və əyləncə mərkəzi kimi yenidən açılıb.

Bina 2005-ci ildə Asif Əziz tərəfindən 220 milyon funt-sterlinq qarşılığında satın alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib.  Quran tilavəti ilə başlanan tədbiri açan Şeyxülislam A. Paşazadə Əhli-Beytə...

Bağla