Azərbaycan Cümhuriyyətinin banilərindən biri və Azərbaycanın siyasi mühacirlərinin (Cümhuriyyətin süqutundan sonra) lideri Məhəmməd Əmin Bərsulzadə 1955-ci ilin 6 martında Türkiyənin Ankara şəhərində vəfat edib.
M.Ə.Rəsulzadə 1884-cü il yanvar ayının 31-ində Bakı şəhərində anadan olub. İlk təhsilini Bakıda “rus-müsəlman” məktəbində daha sonra Bakı texniki məktəbində davam etdirib.
On yeddi yaşında, 1902-ci ildə rus idarəs üsuluna qarşı il siyasi mübarizə aparan təşkilatı “Müsəlman Gənclik Təşkilatı”n yaradır. Çar Rusiyasına qarşı siyasi mübarizənin getdikcə gücləndiyi vaxtda “Hümmət” təşkilatı yaradılır və eyni adlı qəzeti nəşr edilir. 1906-cı ilə qazet “Təkamül” adı ilə nəş edilir. Ana dilində və inqilabi ruhla nəşr edilən qəzetlər neft mədənlərinə göndərilməsi məhz Rəsulzadənin adı ilə bağlıdır.
Çar Rəsulzadənin Bakıdakı inqilabi fəaliyyətlərinə görə həbs etmək qərarına gəlir. Buna görə də Rəsulzadə Azərbaycanı tərk etmək məcburiyyətində qalır və İrana keçir. İranda Səttərxanın hərəkatına dəstək olur. İranın bir sıra qəzetlərində yazılar yazır, müsahibələri dərc edilir. Həmçinin İrana ilk dəfə modern Avropa qəzet formasını gətirməklə yanaşı, “İran-nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. İranda “Tənqidi-firqeyi-etidaliyyun” və “Səadəti-bəşər” adlı kitabları nəşr edilir.
Lakin Rəsulzadənin fəaliyyətinə burada da imkan verilmədiyi üçün 1911-ci ildə istanbula getməli olur və siyasi fəaliyyətini orada davam etdirir.
1913-cü ildə Çarın əfv fərmanı ilə Bakıya qayıdı və bundan sonra Azərbaycanın müstəqilliyi üçün daha çox çalışmağa başlayır. İstər digər siyasai təşkilatlar, istərsə də mətbu orqanlarla birləşmə hədəfini seçir. İnqilabçılardan ayrılan Rəsulzadə artıq siyası mütəqilliyə hazıqlıq və zaanı yetişməsini gözləyirdi. Əvvəlcə muxtariyyət tələb edildi. Rusiya da duma seçkilərində Azərbaycan və Türküstanən millət vəkili seçilir.
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra mühacirətdə siyasi lider olmuş, yenidən hürriyyət üçün Azərbaycanın siyasi xadimlərini bir arada toplamağa çalışmışdır. Berlində “Qurtuluş” dərgisi olmaqla, ən böyük fəaliyyət Türkiyədə olmuşdur. Azərbaycan Kültür Dərnəyi və onun jurnalı Azərbaycan siyasi mühacirlərinin əsas ədəbi irqanı idi. Rəsulzadə ömrünün sonuna qədər, yəni 1955-ci ilə qədər müəyyən fasilələrlə başqa ölkələrdə olsada daha çox Türkiyədə Ankarada yaşadı. 1952-ci ilə Azərbaycan dərgisinin əsasını qoydu. 1955-c ildə Ankarada vəfat etdi və Ankara qəbristanlığında dəfn edildi.
Yaratdığı və yaranmasında iştirak etdiyi təşkilatlar :
- “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” (sədr). Bakı, 1903-cü il.
- ”Rusiya Sosial-Demokrat Fəhlə Partiyası – Hümmət” təşkilatı. Bakı, 1904-cü il.
- “Müsəlman Demokratik Müsavat Cəmiyyəti”. Bakı, 1905-1906-cı illər.
- “Müsəlman Demokratik Partiyası – Müsavat”. Bakı, 1911-ci il.
- “Nicat” Mədəni-Maarif Cəmiyyəti (sədr). 1916-cı il. Birinci rus inqilabı dövründə yaradılıb.
- “Gizli Müsavat” təşkilatı. Bakı, 1920-ci il.
- “Azərbaycan Milli Mərkəzi” (sədr). İstanbul, 1924-cü il.
- “Müsavat” Partiyası Xarici Əlaqələr Bürosu. (Sədr).İstanbul, 1923-cü il.
- “Prometey” təşkilatı. Varşava. 1928-ci il.
- “Qafqaz İstiqlal Komitəsi”. Paris, 1926-cı il.
- “Azərbaycan Milli Nəşriyyatı”. İstanbul, 1923-cü il.
- “Milli Azərbaycan Komitəsi” (sədr). Berlin, 1942-ci il.
- “Azərbaycan Milli Komissiyası” (sədr). Berlin, 1942-ci il.
- “Azərbaycan Demokrat Birliyi” (sədr). Münhen, 1946-cı il.
- “Azərbaycan-Türkiyə Cəmiyyəti” (sədr). 1947-ci il.
- “Azərbaycan Kültür Dərnəyi” (Fəxri Başqan). Ankara, 1949-cu il.
Əsərləri :
- 1910 — “E’tidaliyyun” Partisinin Tenkiti, Tehran. (fars.)
- 1911 — Seadeti-Beşer, Ardebil. (fars.)
- 1912 — Acı bir həyat, Bakı.
- 1917 — Şekli-İdare Hakkında İki Bakış (Ahmetbey Salikov’la birlikte), Moskva.
- 1917 — Bizə hansı hökumət yararlıdır. Bakı.
- 1923 — Azərbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve İndiki Veziyyeti, İstanbul.
- 1925 — Esrimizin Siyavuşu, İstanbul.
- 1925 — İstiqlal Mefkuresi ve Gençlik.
- 1928 — Kafkasya Türkleri, İstanbul.
- 1927 — Azərbaycan Misak-ı Millisi.
- 1928 — Milliyetçilik ve Bolşevizm.
- 1930 — Kafkaz Problemi İle Elakedar Olarak Panturanizm, Paris. (rus.)
- 1933 — Azerbaycan Cumhuriyeti Hakkında, Berlin. (alm.)
- 1938 — Azerbaycan Problemi, Berlin. (alm.)
- 1939 — Azerbaycan’ın Hürriyyet Savaşı, Varşava. (pol.)
- 1949 — Azerbaycan’ın Kültür Gelenekleri, Ankara.
- 1950 — Çağdaş Azerbaycan Edebiyatı, Ankara.
- 1951 — Çağdaş Azerbaycan Tarihi, Ankara.
- 1951 — Azərbaycan şairi Nizami (Nizaminin 800 illik yubileyi (1141-1941) münasibətiylə), Ankara.
- 1954 — Bir Türk milliyətçisinin Stalinlə İxtilal Xatirələri, Ankara.
- 1990 — Azərbaycan Cümhuriyyəti Tarixi. Bakı.
- 1993 — İran Türkleri, İstanbul.
- 1994 — Bolşeviklərin şərq siyasəti. Bakı.
- 2009 — Milli Birlik. Bakı.