MƏHƏRRƏM AYINDA QAN VERMƏ AKSİYASI KEÇİRİLƏCƏK

0

“Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyildir. Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir.”

İslamveirfan.com xəbər verir ki, bu barədə QMİ qazılar şurasının məhərrəm ayının başlaması ilə əlaqədar yaydığı müraciətdə deyilib.

“Ümidvarıq ki, inşAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.” – deyə müraciətdə qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ QAZILAR ŞURASI MƏHƏRRƏM AYI İLƏ ƏLAQƏDAR MÜRACİƏT YAYIB

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir: Bismillahir-rəhmanir-rəhim! Möhtərəm mömin qardaş və bacılar!...

Bağla