MƏHKƏMƏ: “SƏSGÜCLƏNDİRİCİ İLƏ AZAN OXUNMASI DİNİ AZADLIQDIR”

0

Almaniyanın Munster şəhərinin inzibati məhkəməsi, məsciddən səsgücləndirici ilə azan oxunmasının “dini azadlıq” olması barədə qərar verib.

Qeyd edək ki, Almaniya Şimali Ren Vestifaliya əyalətinin Er-Erkenşvik qəsəbəsində bir ər-arvad, azanın səsgücləndirici ilə oxunmasından narahat olduqlarını bildirərək məscidi məhkəməyə vermişdilər. Munster Ali İnzibati məhkəməsi isə şikayətçi cütlüyün haqsız olduğunu bildirərək, səsgücləndirici ilə azan oxunmasının dini azadlıq olduğuna qərar vermişdi.   

Məhkəmənin bu qərarının Er-Erkenşevikdəki bütün məscidlərə aid ediləcəyi bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏRHƏLƏLİ ÜMRƏ ZİYARƏTİNİN DETALLARI AÇIQLANDI

Səudiyyə Ərəbistanı Krallığı Daxili İşlər Nazirliyi bir müddət əvvəl Ümrə ziyarətlərinin mərhələli olaraq bərpa ediləcəyini açıqlamışdı. İslamveirfan.com xəbər verir ki,...

Bağla